Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Məhkəmə "Meşə qardaşları"nın üzvünün cəzasını azaltdı

Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 E-huquq.az xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, Ə.Məhərrəmovun apellyasiya şikayəti qism təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

Qeyd edək ki, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə Qardaşları"nın üzvü olub. O, istintaqdan uzun müddət gizlənib və barəsində axtarış elan edilib. Ə.Məhərrəmov bu il saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.