Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Məhkəmə keçmiş hakimin iddiası ilə bağlı qərar verdi

Bir müddət əvvəl Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsini məhkəməyə verən Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Orucovun iddiasına baxılıb.

E-huquq.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçiirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Orucovun iddiası təmin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi A.Orucov ötən ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, pensiyasının miqdarından narazı olduğu üçün məhkəməyə müraciət edib.

Xatırladaq ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır.

Onu da bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov da pensiyasının artırılması üçün məhkəməyə müraciət edib. O, Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verib. Məhkəmə iclasının vaxtı avqustun 22-nə təyin edilib və işə hakim Miminat Hacıbəyova baxacaq.