Mirzayev&Partners
    30 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Məhkəmə işinin ağırlıq dərəcəsinin qiymətləndirilməsinə dair rəhbər qaydaların layihəsi müzakirə olundu

Barselonada Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Pilot məhkəmələr şəbəkəsinin illik iclası və SATURN Məhkəmə vaxtının idarəolunması Mərkəzinin iclası keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə CEPEJ-in prezidenti Ramin Qurbanov məlumat verib. 

Onun sözlərinə görə, iclasda Avropanın 47 dövlətindən 70-dən çox birinci instansiya və apelyasiya məhkəmələrinin sədrləri iştirak edib: "Azərbaycanı həmin tədbirdə Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev təmsil etdi. İclasda məhkəmə işinin ağırlıq dərəcəsinin qiymətləndirilməsinə dair rəhbər qaydaların layihəsi və digər sənədlər müzakirə olundu. Strasburq məhkəməsinin sədri və Avropa İttifaqı Vəkillər Kollegiyaları Şurasının Vitse prezidenti ilə ikitərəfli görüşlər keçirildi".