Mirzayev&Partners
    21 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Məhkəmə “AtaHolding”in iddiası ilə bağlı qərar çıxardı

“AtaHolding” MMC “Aikon Cpit” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Ata Holding” 52 973 manat ödənilməmiş icarə haqqı borcunun ödənilməsi barədə tələb irəli sürüb.

İddia tələbini onunla əsaslandırılıb ki, 2013-cü ildə “İnterservis” firması ilə “Aikon Cpit” MMC arasında icarə müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən, “İnterservis” firması öz xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 2 ünvanında yerləşən ümumi sahəsi 13343,3 kv.m olan əmlak kompleksinin 800 kv.m hissəsini ofis məqsədləri üçün istifadə edilməsi üçün “Aikon Cpit” MMC-yə icarəyə verib. Sonradan müqaviləyə edilən əlavələrə əsasən, icarə müqaviləsinin müddəti bir neçə dəfə uzadılaraq, 31.12.2016-cı ilədək müəyyən edilib.

Beləliklə, ödənişin qismən icrasından sonra ƏDV daxil olmaqla 52 973 manat ödənilməmiş icarə haqqı borcu yaranıb. Məhkəmə “AtaHolding” MMC-nin iddia tələbini təmin edib.

Xatırladaq ki, "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Holdinq iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “Aikon Cpit” MMC isə tikinti şirkəti kimi fəaliyyət göstərir.