Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Məhkəmə arvadını oğlunun gözü qarşısında öldürən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Həsənovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini F.Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

F.Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.