Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Adam öldürüb, meşədə basdıran şəxslərlə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

E-huquq.az-ın xəbərinə görə, Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirlədirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 1-də Xaçmaz rayonunun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz rayon Polis şöbəsinə könüllü gələrərək E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.

Xaçmaz rayon Polis şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.