Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Məhkəmə 3 şirkətin cərimələnməsi barədə qərar verdi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası 3 şirkət – “Gilan İnşaat” MMC, “Aqrolizinq” ASC və “Avrora” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolları baxılması üçün ərazi üzə məhkəmələrə göndərib.

Məhkəmə hər üç şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkətlər apellyasiya şikayəti verib. Şikayətlər Bakı Apellyasiya Məhkəməsində baxılacaq.