Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Məhkəmə 8 şirkətin cərimələnməsi barədə qərar çıxardı

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası 8 şirkət - “Eltex” MMC, “Az-Tex” MMC, “Caspian Galaxy” MMC, “Merser” ASC, “MKT İstehsalat Kommersiya” MMC, “MERGİM” MMC, “FOSTANPAK” MMC və “ŞİRVAN AQRO” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolları baxılması üçün ərazi üzə məhkəmələrə göndərib.

Məhkəmə hər üç şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, cərimələnməsi barədə qərar çıxarıb.

Belə ki, “Eltex” MMC 2930 avro, “Az-Tex” MMC 9770 manat, “Caspian Galaxy” MMC 200 avro, “Merser” ASC 78000 ABŞ dolları, “MKT İstehsalat Kommersiya” MMC 1863 ABŞ dolları, “MERGİM” MMC 18370 ABŞ dolları, “FOSTANPAK” MMC 3769 ABŞ dolları və “ŞİRVAN AQRO” MMC 6816 avro məbləğində cərimə edilib.

Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti verib. Şikayətlər Bakı Apellyasiya Məhkəməsində baxılacaq.