Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Məhkəmə 2 nəfərin ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi

Şirvan Apellyasiya Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Salam Həsənovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə S.Həsənovun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2017-ci il mart ayının 22-də Ələt-Astara-İran sərhəd yolunun Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən 122-ci kilometrliyində baş verib.

S.Həsənovun idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə 2 nəfər ölüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həsənov uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.