Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi nəhayət, bu il Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

O bildirib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi tam hazırdır və Milli Məclisin payız sessiyasının plenar iclaslarının birinə təqdim olunacaq: “Qanun layihəsində narazılıq doğuran məsələlər var idi. Bunlar -  surroqat ana və cinsi hüceyrələrin donorluğu idi. Hər iki maddə qanun layihəsindən çıxarılıb”.

Komitə sədrinin müavini qeyd edib ki, payız sessiyası ərzində “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna da əlavə və dəyişikliklər ediləcək: “Buna səbəb isə gələn ildən icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır”.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi uzun illərdir ki, qəbul edilmir. Layihədə yer alan məqamlar dəfələrlə mübahisəyə səbəb olub.

Mənbə: APA