Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

DİN və Bakı şəhər Baş Polis İdarəsi Mahir Emrelinin mənzilini qarət edən şəxslərin saxlanılması ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi  (DİN) Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən E-huquq.az-a verilən məlumata görə, sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub. 

Polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilmiş və bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib. DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.

 

Bakı şəhər Baş Polis İdarəsi də Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

E-huquq.az-a daxil olan məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvəllər məhkum edilən 2003-cü il təvəllüdlü Nicat Vəliyev və əvəllər məhkum olunmayan 2005-ci il təvəllüdlü Anar Mahmudov tutulublar: "Faktla bağlı Binəqədi RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələrilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması, vətəndaşa dəyən maddi ziyanın ödənilməsi üçün üçün istintaq hərəkətləri davam etdirilir".

Şübhəli şəxslərin digər talama cinayətlərində iştirakı istisna edilmir. Şübhəli şəxslərin əməllərindən zərər çəkən varsa, polisə məlumat vermələri tövsiyyə olunur.

 

XXX

Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar.

Bakı şəhər Baş Polis İdarəsindən e-huquq.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilən Nicat Vəliyev və əvvəl məhkum olunmayan Anar Mahmudov tutulublar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.