Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü

Sentyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilmiş "Xaricdə təhsilin maliyyələşdirilməsi" müsabiqəsinin qaliblərinin bir qismi ilə görüşüb. 

E-huquq.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidməti məlumat yayıb.

Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə magistr təhsili almaq hüququ qazanan gəncləri təbrik edən Leyla Əliyeva onlara təhsillərində uğurlar arzulayıb.