Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Lənkəran əhalisinə pulsuz hüquqi yardım göstərildi

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, tövsiyənin icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində avqustun 17-də Kollegiyanın təşəbbüsü ilə Lənkəran rayon vəkil bürosunun əməkdaşları tərəfindən rayon sakinlərinə ödənişsiz hüquqi yardım göstərilib.

Vətəndaşlara vəkillər tərəfindən müxtəlif növ hüquqi yardım göstərilib, problemləri dinlənilib, müvafiq məsləhətlər verilib. Həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb. Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.