Mirzayev&Partners
    22 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Ledi Qaqa məhkəməyə verildi

Bəstəkar Stiv Ronsen müğənni Ledi Qaqanı məhkəməyə verib.

E-huquq.az “Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə “Page Six” yazıb.

Məlumata görə, Ronsen məhkəməyə müraciətində müğənni barəsində məbləği milyon dollarlarla ölçülən tələb irəli sürüb.

Ronsen bildirib ki, “Ulduz doğulub” filminin saundtrekinə daxil edilən “Shallow” mahnısının melodiyası ona məxsusdur.

O qeyd edib ki, Qaqa bu melodiyanı onun 2012-ci ildə yazdığı “Almost” mahnısından əxz edib.

Ronsen peşəkar ekspertizanın nəticələrini iddia ərizəsinə qoşub.

Müğənninin nümayəndələrinin fikrincə, göstərilən səslərin ahəngi pop-musiqi üçün orijinal deyil. Ronsen sadəcə Ledi Qaqanın hesabına pul qazanmaq istəyir.

Xatırladaq ki, L.Qaqa yer aldığı “Ulduz doğulub” filmi üçün bəstələdiyi “Shallow” mahnısına görə iki “Qremmi”, bir “Qızıl Qlobus” mükafatını aldıqdan sonra “Ən yaxşı film mahnısı” üzrə “Oskar”a da sahib olub.