Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Kollegiya sədri: Bu ilin sonuna kimi ölkəmizdə vəkillərin sayı 1800 nəfərə çatacaq

Ölkəmizdə vəkillərin sayı artmaqdadır. Ümid edirəm ki, ilin sonuna kimi ölkəmizdə vəkillərin sayı 1800 nəfərə çatacaq.

E-huquq.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Anar Bağırov bildirib ki, bu rəqəm daha da çox ola bilər. Əvvəlcədən proqnoz vermək çətin olsa da əminik ki, ildən-ilə vəkillərin sayı artacaq.

Əvvəlki illərdən fərqli olaraq bu il “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş mütərəqqi dəyişikliyə uyğun olaraq yazılı imtahandan kəsilən namizəd bir il gözləmədən növbəti imtahana qatıla bilər. Bu da çox yaxşı dəyişiklikdir. Ümumiyyətlə ölkəmizdə vəkilliyə maraq artmaqdadır: "Hazırda əvvəlki imtahanda iştirak etmiş və uğur qazanmış 175 namizəd şifahi müsahibə mərhələsindədir və onların bir qismi artıq Ədliyyə Akademiyasında kurslara cəlb olunub".