Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Kimlər kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququna malikdirlər?

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edilir və bu sahədə yaranan digər münasibətlər tənzimlənir. 

E-huquq.az-ın məlumatına görə, bu Qanunun 7-ci maddəsinə əsasən, əmək pensiyası almaq hüququ olmayan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslər kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququna malikdirlər. 

Belə ki, şəhid ailəsi üzvlərinin hər biri, eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar bu hüquqdan yararlana bilərlər. 

Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir.

CoronaVirus CoronaVirus