Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Keçmiş məhkum yoldaşlarını öldürmək istəyən şəxs apellyasiya şikayəti verdi

Bakıda keçmiş məhkum yoldaşlarını bıçaqlamaqda təqsirləndirilən Məhərrəm Kazımovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum daha yüngül cəz verilməsini istəyir.

Məhkəmənin ilkin baxış iclası avqustun 15-nə təyin edilib.

Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində baş verib. Əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və digər keçmiş məhkum 1987-ci il təvəllüdlü, Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.

Ekspertlər yoxlama zamanı İ.Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs M.İsmayılovun boğazını kəsməyə cəhd edib. 

Hər iki yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, onların həyatlarını xilas etmək mümkün olub.

İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslərə əvvəllər məhkum edilmiş M.Kazımov adlı şəxs bıçaqla hücum edib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.