Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Keçmiş icra başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum oldu

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. 

E-huquq.az xəbər verir ki, iş üzrə məhkəmənin hazırlıq iclası avqustun 19-na təyin edilib. İşə hakim Maarif Kazımovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, R. Yediyarov barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Xatırladaq ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.