Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Keçmiş arvadını öldürmək istəyən şəxs apellyasiya şikayəti verdi

Bakıda arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

E-huquq.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Məhkəmənin ilkin baxı iclası avqustun 14-nə təyin edilib.

Şikayət hakim hakim Kamran Əkbərovun sədrliyi ilə araşırılacaq.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü R.İsayeva yaşadığı evdə keçmiş əri S.Seyidov ilə mübahisə edib. O, qısqanclıq zəminində qadına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən hadisəni törədən S.Seyidov saxlanılıb. İstintaq orqanı tərəfindən S.Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.