Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Keçmiş rəis müavini apellyasiya şikayəti verib

Rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov barəsində apellyasiya şikayəti verib.

E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən X.Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə aşaşdırılır.

Məhkəmənin növbəti iclası iyunun 19-na təyin edilib.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin X.Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.