Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Keçmiş icra başçısı ilə qalmaqalda adı hallanan iş adamının əmlakı müsadirə olunacaq

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Samir şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməmiş borca görə siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iqtisadi işə baxılıb. 

E-huquq.az-ın xəbərinə görə, Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim Rafiq İsmayılovun sədrliyi ilə keçirilən prosesdə iddia təmin edilib. 

Məhkəmə “Samir şirkəti” MMC-yə məxsus 300 manat dəyərində əmlakın açıq hərrac yolu ilə satılmasına qərar verib. 

Qeyd edək ki, “Samir şirkəti” MMC iş adamı Azər Ağayeva məxsusdur. Bir neçə il öncə onun adı Salyanın keçmiş icra başçısı Tahir Kərimovla qalmaqalda hallanmışdı.