Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

İstehlakçıya elektrik enerjisinin verilişi hansı hallarda dayandırıla bilər?

Günümüzdə kommunal ödənişlərə görə borcun yaranması problemi əvvəlki illərlə müqayisədə o qədər də geniş yayılmayıb. Bununla belə, borcun ödənilməməsinə görə istehlakçıya qaz, su və ya elektrik enerjisinin verilişinin dayandırılması halları hələ də mövcuddur. Bəs ümumiyyətlə hansı hallarda istehlakçıya elektrik enerjisinin verilişi dayandırıla bilər?

E-huquq.az xəbər verir ki, sözügedən məsələ Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir.  Belə ki, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:

1.    Bunun üçün ilk növistehlakçının müvafiq yazılı müraciəti olmaldır. İstehlakçı müraciətdə elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbini və müddətini göstərməlidir. 

2.    Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilişi dayandırılır. Yəni sayğacın yazdığı borc təqdim edilikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən tam ödənilmikdə elektrik enerjisinin verilişi dayandırılır. 

3.    Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda elektrik enerjisinin verilişi dayandırılır.

4.    Enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda elektrik enerjisinin verilişi dayandırılır.

5.    Məhkəmənin qərarı ilə də istehlakçıya elektrik enerjisinin verilişi dayandırılır. 

6.     Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların yuxarıda qeyd edilən hallarında yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.

Bu zaman istisna hallar var: təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, eləcə də dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında elektrik enerjisi kəsilə bilər. Qeyd edək ki, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir