Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

İstehlakçı hüquqlarının məhkəmə müdafiəsinin təminatı ilə bağlı müzakirələr aparıldı

Azərbaycanda səfərdə olan BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçi Hilal Elverin başçılıq etdiyi nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən qanunvericilik və institusional tədbirlər, istehlakçıların hüquqlarının məhkəmə müdafiəsinin təmin olunması, bu sahədə əhalinin maarifləndirilməsi, vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi barədə səmərəli fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qida təhlükəsizliyi ilə bağlı fəaliyyəti tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi prosesində Ədliyyə Nazirliyinin daim iştirak etdiyi qeyd olunub.

Sonra Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşən xanım H.Elver Azərbaycanın müstəqillik əldə etdikdən sonra sürətli sosial-iqtisadi inkişaf yolu keçdiyini vurğulayıb, səfərlə bağlı təəssüratlarını bölüşüb, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və yaradılan hər cür şəraitə görə minnətdarlığını ifadə edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.