Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

İstehlakçıların hüquqlarının müdafiəsi necə qorunmalıdır?

Vətəndaşlar günümüzdə satıcılar tərəfindən alıcıların aldadılması və alıcılara yanlış məlumatların verilməsi halları ilə tez-tez rastlaşırlar. Həmçinin mağaza və market rəhbərlikləri tərəfindən verilmiş göstərişə əsasən, satıcılar xırda məhsullar alan vətəndaşların böyük məbləğdə pullarını xırdalamaqdan imtina edirlər.

Bəs istehlakçıların hüquqlarının müdafiəsi necə qorunmalıdır? ümumiyyətlə, istehlakçının hansı hüquqları var?

Məsələ ilə bağlı e-huquq.az-ın suallarını “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin hüquqşünası Sona Səlimli-Ələsgərova cavablandırıb.

O deyib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu ölkə ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, işlər görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir: “Bilinməyən səbəblərdən ölkəmizdə mövcud olan bir sıra market və mağazalar alıcıların hüquqlarının həyata keçirilməsində əsassız olaraq maneələr törədirlər. Nəticə olaraq günümüzdə satıcılar tərəfindən alıcıların aldadılması və alıcılara yanlış məlumatların verilməsi halları ilə tez-tez rastlaşırırq. Bu kimi problemlərin aradan qaldırılması üçün bəzi nüansları nəzərinizə çatdırmaq istəyirəm.

Bu yaxınlarda alıcının şikayəti ilə əlaqədar bir məlumatı diqqətinizə çatdırıram. Alıcı adi su almaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən marketlərdən birinə daxil olaraq, satıcıya beş manatlıq əskinas təqdim edib. Satıcı isə bunun qarşılığında bildirib ki, müdiriyyət tərəfindən verilmiş göstərişə əsasən, bu cür xırda məhsullara həmin məbləğdə əskinasları qəbul edə bilmir. Qanunvericiliyə əsasən bununla bağlı heç bir göstəriş yoxdur və müdiriyyət tərəfindən bu cür göstərişin verilməsi düzgün deyildir. Satıcı heç bir halda bu cür əsassız fikirləri irəli sürərək, alıcının hüquqlarını məhdudlaşdıra bilməz”. 

Hüquqşünas əlavə olaraq qeyd edib ki, tez-tez baş verən pozuntular malların dəyişdirilməsi ilə əlaqədardır: “Müasir dövrümüzdə istehlakçıların tələbat məsələsini nəzərə alaraq, alış-veriş və onunla bağlı digər məsələlər böyük maraq kəsb edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunun 15-ci maddəsinə əsasən İstehlakçının tələblərini ödəməyən malın lazımi keyfiyyətli mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər”.

CoronaVirus CoronaVirus