Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

İşləməyən valideyn “süd pulu” almaq üçün hansı sənədləri toplamalıdır?

Azərbaycanda uşağın anadan olmasına görə dövlət tərəfindən sosial müavinət verilir. “Süd pulu” adlanan  birdəfəlik müavinətin məbləği 200 manat təşkil edir. Bəs işləməyən valideyn “süd pulu” almaq üçün hansı sənədləri toplamalıdır?

E-huquq.az xəbər verir ki, işləməyən valideyn “süd pulu” almaq üçün 4 sənədi toplamılıdır. 

Bunlar hər 2 valideynin şəxsiyyət vəsiqəsinin surəti, uşağın doğum haqqında şəhadətnaməsinin surəti (varsa şəxsiyyət vəsiqəsinin də surəti), doğum haqqında arayışın əsli, valideynlərin işləməməyi barədə qeydiyyatda olduqları rayon üzrə Məşğulluq mərkəzindən arayış və Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən valideynlərin sığorta ödəyicisi olmadığı barədə arayışdır. 

Qeyd edək ki, 2018-ci ildə sözügedən müavinətin məbləği 10 faiz artıralaraq 109 manat olub. Həmçinin beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılıb. Bu məbləğ də əvvəllər 33 manat təşkil edib.