Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

İş vaxtından artıq görülən işə görə əmək haqqı necə hesablanmalıdır?

Əməyin ödənilməsi normaları Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin 165-ci maddəsində iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi qaydaları öz əksini tapıb. 

E-huquq.az-ın məlumatına görə, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

- Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

- Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi qaydası necədir?

1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.

CoronaVirus CoronaVirus