Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabılarından narkotik çıxdı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli və narahat apardığı üçün saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının hər iki tayının uc hissəsində gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumilikdə çəkisi 101 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.