Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

İrandan Azərbaycana ayaqqabısında narkotik vasitə və psixotrop maddə keçirərmək istəyən şəxs yaxalandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayaqqabısının hər iki tayının içərisində bağlama və bükümlər müəyyən edilib. Baxış zamanı 2 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 52 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 4 qram olan ağ kristal şəkilli psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.