Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

İranda korrupsiyaya qarşı mübarizə çərçivəsində beş hakim vəzifəsindən azad edildi

İranda korrupsiyaya qarşı mübarizə çərçivəsində 5 hakim tutduğu vəzifədən azad edilib və onların fəaliyyəti araşdırılır.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri məlumat verib. O bildirib ki, korrupsiyaya qarşı mübarizə apararkən, ilk növbədə, məhkəmə hakimiyyətinın sıraları natəmiz adamlardan təmizlənməlidir.

Baş prokuror qeyd edib ki, İranda 11 min hakim var və onların fəaliyyəti ciddi nəzarət altındadır.

Xatırladaq ki, İranda geniş miqyasda korrupsiya əleyhinə mübarizə başlayıb. Mübarizə çərçivəsində bir sıra nazirlərin və deputatların ailə üzvləri korrupsiyada ittiham edilərək həbs olunub.