Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

İran vətəndaşına qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

E-huquq.az-ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Hüseynov 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki,  T.Hüseynov tanışı, İran vətəndaşı Aslani Heidarabad Jafar Hamidin etibarından sui-istifadə edərək ona qarşı 52 min manatlıq dələduzluq edib.

ittiham aktına əsasən, H.Aslani Azərbaycandan T.Hüseynovun adına avtomobil alıb ölkəsinə aparmaq istəyib. O, İranda isə avtomobili öz adına keçirmək niyyətində olub. Lakin sərhəddə onlara İranda bununla bağlı problem yaranacağını deyiblər. Sonradan T.Hüseynov maşınla Bakıya qayıdıb, H.Aslani isə ölkəsinə gedib.

Bir müddətdən sonra H.Aslani Azərbaycana gəlib T.Hüseynovdan avtomobilini tələb edib. T.Hüseynov isə maşını satdığını, borclarına verdiyini söyləyib.