Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyənləşib.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə olunub.

Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Milli Məclisin bugünkü iclasında Məcəlləyə dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edilib.