Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

"İnterpol"un keçmiş rəhbərinə 13 il 6 ay həbs cəzası verildi

Çin məhkəməsi "İnterpol"un keçmiş rəhbəri Men Hunveyi 13,5 il müddətinə azadlıqdan məhrum edib. 

E-huquq.az xəbər verir ki, o, rüşvət almaqda təqsirli bilinib. 

İyundakı dinləmədə M.Hunvey 14,5 milyon yuan (2,1 milyon dollar) miqdarında rüşvət aldığını etiraf etmişdi. 

Xatırladaq ki, M.Hunvey keçən ilin sentyabrında "İnterpol"un qərargahı olan Fransadan Çinə səfəri zamanı yoxa çıxmışdı. O, rüşvət almaqda təqsirli bilinərək həbs edilmiş və Kommunist Partiyasından ixrac edilmişdi. Onun xanımı isə Fransada sığınacaq ala bilib.

Mənbə: Report

CoronaVirus CoronaVirus