Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

“İnsan hüquqları: dünən və bu gün” mövzusunda növbəti dinləmə keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji forumunun növbəti X dinləməsi keçirilib.

ADPU-dan e-huquq.az-a bildirilib ki, rektor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi, professor Lətif Hüseynovun fəaliyyətindən danışıb. Bildirilib ki, Lətif Hüseynov 1986-cı ildə Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə edib. Lətif Hüseynov 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərib. 1992-1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışıb. 2002-ci ildən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris edib. 2001-ci ildən Milli Məclis aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2003-cü ildən Avropa Şurasının Venesiya Komissiyasının üzvüdür. 2004-2015-ci illər arasında İşgəncələr, qeyri-insani və ya alçaldıcı rəftar, cəzaların qarşısının alınması üzrə Avropa Komitəsi üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. 2005-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hakim təyin olunub və 2017-ci ildən tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlayıb.

Sonra Lətif Hüseynov “İnsan hüquqları: dünən və bu gün” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları müstəqil hüquq sahəsi kimi hüququn digər sahələri ilə, o cümlədən konstitusiya hüququ, beynəlxalq hüquq ilə qarşılıqlı əlaqələrə malikdir. XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi olub. Bununla əlaqədar olaraq, 1950-ci ildən dekabrın 10-u İnsan Hüquqları Günü kimi qeyd edilir.

Lətif Hüseynov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təşkili və fəaliyyətinin bir sıra nəzəri və praktik aspektləri haqqında da məlumat verib.