Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

İdarə rəisi: "Etibarnamələrin elektron qaydada verilməsi sisteminə peşəkar hüquqşünaslar nəzarət edir"

"Etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir"

E-huquq.az xəbər verir ki, bunu etibarnamələrin elektron qaydada verilməsi sistemi ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. 

Onun sözlərinə görə, etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir: "Bizim komandalarımız çox sıx işlədi və belə bir xidməti ortaya çıxarıldı. Həftənin 7 günü 24 saat notariusların göstərdiyi avtomobillərə elektron etibarnamə verilməsi xidmətindən yararlanmaq olacaq".

Qeyd edək ki, “myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Mənbə: Report