Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar geniş anım tədbiri keçirilib.

Saraydan e-huquq.az-a verilən məlumata görə, öncə 20 Yanvar faciəsini əks etdirən kitab stendə baxış keçirilib.

Daha sonra anım təbdirində 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər Əliyev Sarayının rəhbərliyi milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edənlər, Azərbaycan xalqına qarşı törədilmiş qanlı 20 Yanvar hadisələrinin başvermə səbəbləri haqqında geniş məlumat veriblər və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar. 20 Yanvar hadisələrindən 30 il keçməsinə baxmayaraq, xalqımızın həmin gecəni daim xatırlayacağını və şəhidlərimizim xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər.

CoronaVirus CoronaVirus