Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Kişi həyat yoldaşını narkotik vasitəni gizlədərək Azərbaycana keçirməyə məcbur etdi

Azərbaycan Respublikası vətəndaşları Rəsulov Elburus Seyfəli oğlu və onun həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarəti zamanı saxlanılaraq onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən xəbərə görə, Ağayeva Elvira Zabir qızının üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada açıq qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" yazısı olan 330 ədəd "metadon" adlı həblər aşkar edilib.

Fakt üzrə ilkin araşdırma zamanı Ağayeva Elvira həmin həblərin onunla birlikdə İran İslam Respublikasından gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda Rəsulov Elburus onun dediklərini təsdiq edib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.