Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Hədiyyə hansı halda rüşvət sayılır?

Verilən hədiyyənin rüşvət sayılmaması üçün onun dəyəri 55 manatdan artıq olmamalıdır. 

Bunu e-huquq.az-a vəkil Zaur Hüseynov rüşvətlə hədiyyənin fərqinin nədən ibarət olduğuna münasibət bildirərkən deyib. 

O bildirib ki, qanunvericiliyə əsasən, qiyməti 55 manatdan yuxarı olan hədiyyələr rüşvət sayıla bilər. Z.Hüseynovun sözlərinə görə, əgər hədiyyənin qiyməti göstərilən məbləğdən yuxarı olarsa, hədiyyəni qəbul edən şəxs işlədiyi yerin rəhbərliyinə bu barədə müvafiq məlumat verməlidir”. Vəkil diqqətə çatdırıb ki, söhbət vəzifəli şəxslərə səlahiyyətləri çərçivəsində hər hansı işin görülməsi müqabilində verilən hədiyyədən gedir. 

Onun sözlərinə görə, hədiyyənin dəyərini bilərəkdən aşağı salmaqla qarşı tərəfə böhtan ataraq onun rüşvət götürdüyü iddia edilə bilər: “Belə halların baş verməməsi üçün  hədiyyəni qəbul edən şəxs onun dəyərini soruşmalıdır. Məsələn, hansısa suvenir mağazada 300 manata, eyni məhsul isə bazarda 30 manata satılır. Bundan istifadə edərək 300 manatlıq hədiyyəni təqdim edərkən onun 30 manata satıldığı iddia edilə bilər”. 

 

Məftun Salmanov