Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Həbsdə olan sabiq direktorun daha bir məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru, dələduzluqda təqsirləndirilən Telman Səlimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 29-na təyin edilib.

İttiham aktına əsasən, T.Səlimov Leyla Tağıyeva və Şakir Hüseynova qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil sataraq dələduzluq edib.

Xatırladaq ki, T.Səlimov əvvəllər də bir neçə dəfə dələduzluğa görə məhkum olunub. Son olaraq 2018-ci lin dekabr ayında 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun digər cinayət işi üzrə məhkəməsi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.