Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Həbsdə olan generalın bacanağı apellyasiya şikayəti verdi - BƏRAƏT İSTƏYİR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 22-nə təyin edilib.

Şikayət hakim Elmar Rəhimovun icraatına verilib.

Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan M.Talıbov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttiham aktına əsasən, M.Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Talıbov 4 il müdddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.