Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Hamiləlik dövründə nikahın pozulması proseduru necədir?

Ölkəmizdə vətəndaşları narahat edən hüquqi məsələlərdən biri də nikahın pozulması proseduru ilə bağlıdır. Həm boşanma prosesinə qədər, həm də boşanmadan sonra tərəflər arasında müxtəlif səbəblərdən çəkişmələr baş verir. Son dövrlərdə boşanmaq üçün müraciət edənlərin sayının artması ilə bu problem də aktuallaşır. Tərəflərin boşanma üçün müraciətinə dair qanunvericilikdə müəyyən məhdudiyyətlər mövcuddur. Qanunvericiliyə görə, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Bəs, qarşı tərəf necə, hamiləlik dövründə boşanma ilə bağlı məhkəməyə müraciət edə bilərmi?

Vəkil Zaur Hüseynov e-huquq.az-a açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilik qadının qarşısında hər hansı məhdudiyyət qoymur. Yəni, qadın hamilə olduğu halda nikaha xitam verilməsi barədə iddia qaldıra bilər.

Hamiləlik dövründə aliment tələb olunması məsələsinə gəlincə isə, “Hamiləlik dövrü üçün qadın aliment ala bilməz. Alimentin ödənilməsi üçün uşaq dünyaya gəlməlidir. Uşaq dünyaya gəldikdən 3 yaşına qədər isə o, həm uşaq üçün, həm də uşağa baxdığına görə özü üçün aliment ala bilər”, - deyə vəkil qeyd edib.