Mirzayev&Partners
    06 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ!

Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən xəbərə görə, imtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edən namizədlər iştirak etməlidirlər.

Sentyabrın 13-dən həmin namizədlər tərəfindən “İmtahana buraxılış vərəqəsi” Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır. 

İmtahan binasına saat 09:00-dan gec olmayaraq gəlmək, şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etmək lazımdır. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Əlaqə telefonları: (012) 510-22-97(012) 510-21-62