Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Hakimliyə namizədlər üçün keçirilən imtahanda iştirak edən vəkillərin sayı məlum oldu

Hakimliyə namizədlər üçün keçirilən imtahanda iştirak edən vəkillərin sayı açıqlanıb. 

Vəkillər Kollegiyasından E-huquq.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 45 vəkil iştirak edib və onların böyük əksəriyyəti imtahanın ikinci mərhələsinə buraxılıblar. 

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə test imtahanı keçirilib. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb.