Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

"Hakimlərin maaşı minimum 10 min manat səviyyəsində olmalıdır" - Deputat

"İndiki vəziyyətdə heç bir istinasız hakimlərin əməkhaqqı mütləq ən yüksək səviyyəyə qaldırılmalıdır. Hakimlərin maaşı minimum 10 min manat səviyyəsində olmalıdır. Hakimin maaaşı az olacaqsa, gözünü başqa yerə, kommersiyaya dikəcək. Kommersiya olanda isə, müvafiq müxtəlif səviyyədə olan insanlarla əlaqə saxlayacaq, məhkəmə prosesində onların korporativ maraqlarını güdməyə başlayacaq"

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin Deputatı Fazil Mustafa deyib. 

F. Mustafa qeyd edib ki, hakimi cəmiyyətin müəyyən iş sferasından, ictimai münasibətlər sferasından uzaqlaşdırmaq lazımdır: "Hakimi öz maaşına tabe etdirmək gərəklidir. Hakimin dolanışığı normal olduqdan, ailəsini normal təmin etdikdən sonra kənardan heç vaxt özünə mənbə axtarmayacaq". 

Deputat bildirib ki, məhkəmə strukturunda işçisindən tutmuş süpürgəçisinədək əmək haqları ən yüksək səviyyədə olmalıdır: "Rüşvətin məhkəməyə girməsini istəmiriksə, orada başqa mənbələrə göz dikilməsinə imkan vermək olmaz. Bu baxımdan mən də məhkəmə işçilərinin maaşlarının yüksək səviyyədə qaldırılmasının tərəfdarıyam, çünki məhkəmənin daxilində yaşam standartlarına uyğun olmayan, maaşla qalan əməkdaş gələcəkdə rüşvətə meyl etməyə məcbur olan vətəndaş, işçi və məmur deməkdir. Ona görə də buna yol vermək olmaz".