Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Hakimlər və vəkillər üçün ixtisasartırma kursları keçirildi

Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq miqrasiya hüququ” mövzusunda təlimlər keçirilib.

E-huquq.az xəbər verir ki, ümumilikdə 40-a yaxın hakim və vəkilin iştirak etdiyi təlimlərdə beynəlxalq ekspertin və Vəkillər Kollegiyası üzvlərinin təqdimatları dinlənilib. Hər iki təlimdə beynəlxalq miqrasiya hüququnun subyektləri, mənbələri, hüquqi və normativ çərçivəsi, dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və beynəlxalq miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər, dövlət suverenliyi və hərəkət azadlığı hüquq kimi mövzular üzrə mühazirələr deyilib.

Həmçinin, təlimlərdə geri qaytarılmama prinsipi, ölkəyə daxil olma və ölkədən çıxışın tənzimlənməsi, yaşamaq, toxunulmazlıq və azadlıq hüquqları, sərbəst hərəkət azadlığının təmin edilməsi, qaçqınlar, sığınacaq axtaranlar, yaşama şəraiti, iqtisadi, sosial, mədəni hüquqlar, fiziki imkanları məhdud olan miqrantlar,qadın və uşaq miqrantlar kimi məsələlər dinləyicilərin diqqətinə çatdırılıb, mövzu barəsində müxtəlif kazuslar həll edilib.