Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Hakim olmaq istəyən şəxslərin sənədləri elektron qaydada qəbul ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş normalarına dair təlimat verilib.

E-huquq.az-ın məlumatına görə, bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, hakim olmaq arzusunda olan şəxslərin sənədləri elektron qaydada qəbul edilir.

Bu məqsədlə sənədlərin elektron qaydada qəbulu üçün prosedurlar tam sadələşdirilmişdir.

Belə ki, hakimliyə namizədliyinin qeydə alınmasını istəyən şəxslər müvafiq ərizə və aşağıdakı sənədlərinin foto-surətini Komitənin [email protected] ünvanına elektron formatda, o cümlədən mobil telefon vasitəsilə göndərə bilərlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti; 2. Kadrlar uçotunun şəxsi vərəqəsi (A-3 formatında); yüklə 3. Tərcümeyi-hal (A-3 formatında); yüklə 4. Ali təhsil haqqında sənədin (diplomun) surəti; 5. Əmək kitabçasının təsdiq olunmuş surəti; 6. Əqli və fiziki cəhətdən sağlamlıq barədə tibbi arayış; 7. 4x6 ölçüdə 4 ədəd rəngli fotoşəkil.

Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə Sizə məlumat veriləcəkdir.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62 (faks)

CoronaVirus CoronaVirus