Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Hakim: “Bizim əl-qolumuzu bağlayıblar, ancaq ekspertin rəyi ilə hərəkət etməliyik”

“Bizim ən böyük problemimiz ekspertiza ilə bağlıdır. Vətəndaşda inamsızlıq yaranır, deyir ki, məni necə bir rəylə mühakimə edə bilərsiniz? Alternativlik yoxdur. Mən hakim kimi görürəm ki, bu, haqsızlıqdır. Təkrar ekspertizaya göndərirəm, görürəm yenə eyni adam araşdırır”.

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov deyib. 

R. Qurbanov qeyd edib ki, hazırda media vasitəsilə hakimlərə mənfi təsirlər olur: “Halbuki, bunu etmək olmaz. Bu gün biz “Elektron məhkəmə” sisteminə hakimlərin şəklini yerləşdirəndə, zəng vurub deyirlər ki, yığışdır bizim şəkillərimizi. Assosiasiyada səsverməyə keçirdik, hakimlərin 90 faizi bunun yığışdırılmasına səs verdi. Məhkəmə ilə media arasında xüsusi tənzimlənmə olmalıdır. Yəni, burada etika məsələsinə diqqət yetirmək lazımdır. Doğrudur, hakimlər bəzən səhv edirlər, amma bu o demək deyil ki, onları götürüb tənqdi obyektinə çevirəsən. İnamsızlıq yaranır”. 

Onun sözlərinə görə, hakimi digər hüquq-mühafizə orqanları əməkdaşlarından fərqləndirən cəhət daxili inam anlayışıdır: “Prokuror qanundan kənara çıxa bilməz. Hakimlərdə isə daxili inam anlayışı var. Yəni mən görürəm ki, ekspertiza sizin evinizi 50 min manat qiymətləndirib, amma hakim kimi mən görürəm ki, bu, 300 min manatlıq evdir. Yəni, ekspert məni inandıra bilməyib. Bu gün hakimlərin çoxu nə edir? Deyir ki, ekspert belə yazıb, elə bu qaydada da həll edəcəm. Mən bir vergi işində bununla bağlı bəraət verdim. Mərdəkanda 18 villa tikilmişdi. Hakim özünü məhdudlaşdırmamalıdır. Bəli, bu gün ekspertizada məhdudiyyət var, bizim əl-qolumuzu bağlayıblar, ancaq ekspertin rəyi ilə hərəkət etməliyik. Amma mən hesab edirəm ki, özünə hörmət edən hakim daxili inama arxalanıb, qərar verməlidir”.