Mirzayev&Partners
    24 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Haaqa məhkəməsində Rohinca müsəlmanlarına qarşı soyqırımı iddialarına baxılır

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində Myanma dövlətinin Rohinca müsəlmanlarına qarşı törətdiyi soyqırımı iddiaları ilə bağlı məhkəmə prosesi keçirilir.

E-huquq.az BBC telekanalına istinadla xəbər verir ki, Myanma lideri, Nobel Sülh mükafatı laureatı Aung San Suu Kyi məhkəmədə ifadə verib.

Bildirilir ki, 915 min Rohinca müsəlmanının Banqladeşdə sığınacaq tapdığı, minlərlə insanın qətlə yetirildiyi və zorakılığa, o cümlədən qadınların zorlamalara məruz qaldıqları cinayətlərlə bağlı çıxış edən Myanma lideri iddiaları “əsassız və yanlış” adlandırıb. O, Rohincadakı qəbilələrin silahlı dəstələrinin ordu hissələrinə hücum etdiklərini və silahlı münaqişə yarandığını iddia edib. Lakin BMT-nin bu məsələ ilə əlaqədar xüsusi məruzəçisi Myanma liderinin ordu üzərində nəzarəti itirdiyini və ağır soyqırımı cinayətlərinin baş verdiyini təsdiq edib.

Məhkəmə binasının yaxınlığında etiraz aksiyası keçirən insanlar isə “Aung San Suu Kyi, özündən utan!” şüarı səsləndiriblər. Eyni zamanda, Myanmanın şəhərlərində hökumətin tərəfdarlarının, Banqladeşdəki çadır şəhərciklərində isə müsəlmanların mitinqləri keçirilir.

Soyqırımı iddialarını əsaslandırmaq üçün Myanmaya göndərilmiş BMT missiyası qeyd edib ki, 2017-ci ilədək Rohinca əyalətində yaşayan 1 milyondan çox müsəlmana qarşı ayrı-seçkilik, sonradan isə onların fiziki məhvi və didərgin salınması siyasəti aparılıb. Bu ilin mayında isə müsəlmanları qətlə yetirən Myanma ordusunun əsgərləri vaxtından əvvəl həbsxanadan buraxılıblar.