Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Gürcüstanda xüsusi əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər. E-huquq.az xəbər verir ki, əməliyyat zamanı dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinən Poti Şəhər Şurasının sədri və daha dörd şəxs saxlanılıb. Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir. Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir. 

Mənbə: Report