Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Gürcüstanda rüşvətə görə məmur saxlanıldı

Gürcüstanda rüşvət üstündə üç nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb. 

Saxlanılan Tercola şəhər meriyasının Nəzarət xidmətinin baş mütəxəssisi Gela Q. rüşvət almada, digər iki vətəndaş Kaxi K. və Gia M. isə rüşvət vermədə ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, Kaxi K. və Gia.M. Tercola meriyasının nümayəndəsinə qanunsuz tikintinin müdafiə olunması üçün 1 000 lari məbləğində rüşvət veriblər.

Faktla bağlı rüşvət alma və rüşvət vermə maddələri üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

İstintaqı Gürcüstan DTX-nin Korrupsiya əleyhinə Agentliyi aparır.

Mənbə: Report