Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Goranboyda ananın doğuşdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlandı

Goranboyda doğuşdan sonra ananın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

E-huquq.az xəbər verir ki, Goranboy rayon Şahməmmədli kənd sakini, 1997-ci il təvəllüdlü Əfsanə Quliyevanın uşaq dünyaya gətirdikdən sonra ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl baş verib. Ə.Quliyeva qız övladı dünyaya gətirib. Körpənin vəziyyəti normal qiymətləndirilir.

Mənbə: APA